Akif İslamzadə: "Artıq efirlərə çıxmayacağam"


"Çox istərdim ki, Azərbaycan musiqisi daha yaxşı yerlədə olsun".

Bu sözləri Yeniavaz.com-a açıqlamasında Azərbaycanın xalq artisti Akif İslamzadə deyib.
O bildirib ki, hazırda Azərbaycan televiziya verilişlərində ciddi problemlər var: "Məşhur insanları çağırıb 2-3 saat danışdırdıqdan sonra müsahibənin 5-6 dəqiqəlik hissəsini efirə verirlər, bu səbəbdən artıq efirlərə çıxmayacağam".

Qeyd edək ki, Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda anadan olub. "Qara gilə", "Bu gecə", "Sarı gəlin" kimi mahnıların ifaçısıdır. Xalq artisti həmçinin, Qərib cinlər diyarında", Qayınana" kimi filmlərdə də çəkilib. Anası Azərbaycanın məşhur xanəndəsi Sara Qədimovadır.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top