
Xəbər verdiyimiz kimi, dünən Dövlət Statistika Komitəsi Azərbaycanda orta aylıq əmək haqqının məbləğini açıqlayıb. Bu ilin ilk 5 ayının nəticəsinə görə ölkədə muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 583 manat 70 qəpik və ya mövcud məzənnə ilə 343 dollar olub.
Yeniavaz.com Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlətlərarası Statistıka Komitəsinin 2 gün əvvəl açıqladığı sonuncu hesabatına istinadən bildirir ki, Azərbaycan orta aylıq əmək haqqının məbləği görə qonşu ölkələrdən aşağı olub.
MDB-yə daxil olan ölkələr arasında nominal orta aylıq əmək haqqına görə hər zaman olduğu kimi bu dəfə də Rusiya ilk sırada qərarlaşıb. Rusiyada orta aylıq əmək haqqı 727 dollara (45 min 690 rubl) bərabər olub. Rusiyadan sonra ikinci sırada Qazaxıstan qərarlaşıb. Bu ölkədə orta aylıq əmək haqqı 438 dollar (168 min 489 tengə) olub.
Keçmiş MDB ölkələrindən olan qonşu ölkə Gürcüstanda orta aylıq əmək haqqı 395 dollar (1125 lari) təşkil edib.
Azərbaycan bu siyahıda 7-ci sırada yer alıb.
MDB-nin digər ölkələrinə gəldikdə isə orta aylıq əmək haqqı Ermənistanda 367 dollara (176 min 215 dram), Belarusda 510 (1 035,7 rubl), Ukraynada 383 (9 min 878 qrivna), Özbəkistanda 238 (2 milyon 41 min 718,1 som), Qırğızıstanda 227 (15 min 875 som), Tacikistanda isə 138 dollara (1 299,9 somoni) bərabər olub.
Ölkələr | Orta aylıq əmək haqqı |
Rusiya | 727 $ (45 690 rubl) |
Belarus | 510 $ (1 035,7 rubl) |
Qazaxıstan | 438 $ (168 489 tengə) |
Gürcüstan | 395 $ (1 125 lari) |
Ukrayna | 383 $ (9 878 qrivna) |
Ermənistan | 367 $ (176 215 dram) |
AZƏRBAYCAN | 343 $ (583,7 manat) |
Özbəkistan | 238 $ (2 041 718,1 som) |
Qırğızıstan | 227 $ (15 875 som) |
Tacikistan | 138 $ (1 298,2 somoni) |