Avropa İttifaqı Türkiyəyə qarşı sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) Kipr sahilləri yaxınlığında geoloji kəşfiyyat fəaliyyətinə görə Türkiyəyə qarşı məhdudlaşdırıcı tədbirlər ehtimalını araşdırır.

Bu barədə Aİ xarici işlər nazirlərinin iyulun 15-də keçiriləcək görüşündə müzakirə olunacaq Avropa İttifaqı Şurasının bəyanatı layihəsində bildirilir.

Sənəddə 2020-ci ildə Türkiyəyə yardımı azaltmaq, Avropa İnvestisiya Bankını bu ölkəyə dair fəaliyyətini dəyişdirməyə çağırmaq kimi tədbirlər də nəzərdə tutulur. Həmçinin kəşfiyyat işləri dayandırılmasa, Aİ-nin Türkiyəyə qarşı daha sərt addımlar atmağa hazır olduğu bildirilir. (report)

DİGƏR XƏBƏRLƏR

Top