Bu gün UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsinə start verilir. Ölkəmizi turnirdə təmsil edən 3 komandadan ikisi də məhz bu gün meydana çıxacaq.
“Səbail” evdə Rumıniyanın “Universitatya Krayova” klubu ilə üz-üzə gələcək.
“Neftçi” isə səfərdə Moldova “Sperantsa”sının qonağı olacaq.
Avropa Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
11 iyul
20:00. “Səbail” (Azərbaycan)– “Universitatya Krayova”(Rumıniya)
Hakimlər: Fyodor Zammit, Dankan Sultana, Teodore Zammit, Mario Apap (Hamısı Malta)
Bakı. "ASCO Arena".
21:00. “Sperantsa” (Moldova) – “Neftçi” (Azərbaycan)
Baş hakim: Tim Marşal (Şimali İrlandiya)
Kişinyov, "Zimbru" stadionu
(qafqazinfo)