Putindən Zelenskinin görüş təklifinə münasibət


Rusiya prezidenti Vladimir Putin Ukrayna prezidenti Vladimir Zelenskinin görüş təklifinə münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "TASS" agentliyi məlumat verib.
Məlumata görə, V.Putin görüşü müsbət qarşılayıb və maraqlı olacağını deyib: "Rusiya Ukrayna ilə Normand formatında danışıqlara hər zaman hazırdır. Amma bunun üçün ilk növbədə Kiyevdə bir hökumət formalaşdırılmalıdır" .
Putin eyni zamanda Zelenskinin digər ölkə nümayəndələrini də görüşə çağırmasına münasibət bildirib: "Məsələn,İngiltərənin baş naziri Tereza Mey bu yaxınlarda vəzifəsini sonlandıracaq. Belə vəziyyətdə dəvəti qəbul edib görüşə gələrmi? ABŞ prezidenti Donald Tramp isə "Biz hələ bilmirik" deyib.  Bundan əlavə Almaniya, Fransa bu görüşə necə reaksiya verəcək? Buna görə də belə suallar əvvəlcədən hazırlanmalıdır".
Qeyd edək ki, V.Zelenski ötən gün "Facebook" vasitəsilə V.Putini Donbas və Krım mələsini müzakirə etmək üçün Belarusun paytaxtı Minskdə görüşə dəvət etmişdi. Dövlət başçısı V.Putinlə yanaşı ABŞ, İngiltərə, Almaniya, Fransa, Belarus nümayəndələrini də görüşə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top