Hacı Mazanın son durumu necədir? - Həkimi DANIŞDI


"Ramazan Zeynalov Hazırda DTX-nın (Dövlət Təhlükəsizlik Xidmətinin) Hərbi Hospitalındadır".
Bu sözləri Yeniavaz.com-a "Hacı Mazan" kimi tanınan iş adamı Ramazan Zeynalovun həkimi Cəfər Nəsirli deyib.
Onun sözlərinə görə iş adamının vəziyyəti yaxşıdır: "Ramazan Zeynalovun vəziyyəti normaldır. Hər şey yolundadır. Hazırda Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalındadır. Yəqin bir-iki günə buradan çıxacaq".
Xatırladaq ki, Ramazan Zeynalov iyul ayının 4-də, gecə saatlarında DTX-nın hərbi Hospitalına köçürülüb və burada əməliyyat edilib.
Qeyd edək ki, Hacı Mazan iyulun 2-də Neftçalada ağır yol qəzasına düşüb. Ona bədənin çoxsaylı sınığı diaqnozu qoyulub. Bundan başqa, iş adamının ağciyərləri ciddi zədə alıb. O qəzadan sonra iki dəfə əməliyyat olunub.

DİGƏR XƏBƏRLƏR

Top