Azərbaycanda 175 kq yararsız ət aşkarlandı - FOTOLAR


Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları birlikdə keçirilən monitorinq zamanı Ağdam rayonu ərazisində Nəsibov Aydın Məhəmməd oğluna məxsus 04-BL-06 dövlət qeydiyyat nömrə nişanlı avtomobildə 175 kq istehlaka yararsız ət aşkar olunub. Yeniavaz.com AQTA-ya istinadən xəbər verir ki, vətəndaşa məxsus VAZ-21074 markalı avtomobilə baxış zamanı avtomobilin yük yerində 1 baş mənşəyi məlum olmayan heyvan cəmdəyi aşkarlanıb. İlkin baxış zamanı ətin heç bir mənşə sənədi olmadığı, orqonoleptik göstəricilərinə görə ətin qansızlaşdırılmasının düzgün aparılmadığı, kəskin iyli, rənginin dəyişdiyi müəyyən edilib. Vətəndaş ilkin izahat zamanı əti Ağcabədi rayonu Aşağı Avşar kənd sakini Əliyev Sahil Pənah oğlunun sifarişi ilə Ağdamın Əfətli kəndindən götürdüyünü bildirib.

Ümumi çəkisi 175 kq olan, insan istehlakı üçün istifadəyə yararsız ətin ölmüş heyvanlara məxsus olduğu ehtimal edilərək ondan nümunələr götürülüb.

Nümunələr Qida Təhlükəsizliyi İnstitunun müvafiq laboratoriyalarına göndərilib. Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcək.

DİGƏR XƏBƏRLƏR

Top