Neftçalada avtomobil aşıb, ölən və yaralananlar var - YENİLƏNİB


Neftçala rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxsin adı məlum olub. 

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində “Mersedes” markalı avtomobil aşıb. Hadisə zamanı 1 nəfər - rayonuun Aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğlu ölüb, iki nəfər isə xəsarət alıb. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ölənin şəxsiyyəti dəqiləşdirilib. Bu Neftçala rayonuun Aşağı Qaramanlı kənd sakini, 2003-cü il təvəllüdlü Fərəcov Toğrul İlham oğludur.

*** 13:49

Neftçala rayonunda yol qəzası baş verib. 

Yeniavaz.com “Report”a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Kürqarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, “Mercedes” markalı avtomobil aşıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top