Nazirlikdən Yalçın Rzazadə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB


Mədəniyyət Nazirliyi xalq artisti Yalçın Rzazadənin səhhətinin pisləşməsi barədə xəbərə münasibət bildirib.

Yeniavaz.com xəbər verir ki, qurumun mətbuat katibi İntiqam Hümbətov Kult.az- açıqlamasında nazirliyin lazımi tədbirlər görəcəyini söyləyib.

“Yalçın bəyin səhhətinin pisləşməsi haqqında indi məlumat almışıq. Bu barədə müvafiq şöbələrə məlumat veriləcək”, - deyə o bildirib.

Qeyd edək ki, səhhəti pisləşən xalq artisti Y.Rzazadə laqeyd münasibətdən gileylənmişdi.



***13:44
Bu gün mətbuatda xalq artisti Yalçın Rzazadənin vəziyyətinin ağır olması və Mərkəzi Dənizçilər Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.


Məsələ ilə bağlı Mərkəzi Dənizçilər Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxanadan Yeniavaz.com-a bildirdilər ki, xalq artisti xəstəxanaya sadəcə ambulator müayinə üçün gəlib:

"Yalçın Rzazadənin vəziyyəti ağır deyil. Bəli, o xəstəxanaya gəlmişdi. Ambulator müayinədən keçdi və xəstəxanadan çıxdı. Vəziyyəti yaxşı idi".

***12:23
Xalq artisti Yalçın Rzazadə xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, ürəyində və öd kisəsində problemlər yaranan ifaçının qanında zəhərlənmə olduğundan təcili olaraq xəstəxanaya çatdırılıb.

Mərkəzi Dənizçilər Xəstəxanasında müalicə olunan Xalq artistinin vəziyyəti ağırdır.

Son üç gündə üç xəstəxana dəyişən Y.Rzazadə hazırda həkimlərin ciddi nəzarətindədir.

DİGƏR XƏBƏRLƏR

Top