Azərbaycanda qadın qarpız yedi, gecə öldü - YENİLƏNİB

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya bildirilib ki, xəstə axşam saatlarında xəstəxanaya kritik vəziyyətdə daxil olub. Yaxınlarının deməsinə görə qarpızdan zəhərlənib. 05:30 radələrində aparılan reanimasion tədbirlərə baxmayaraq dünyasını dəyişib. Faktla əlaqədar rayon hüquq-mühafizə orqanları məlumatlandırılıb. Ölümün dəqiq səbəbini müəyyənləşdirmək üçün, meyitin Məhkəmə Tibbi-Ekspertiza və Potoloji Anatomiya Birliyinə təhvil verməsinə mərhumun yaxınları qəti etirazlarını bildiriblər. Bu səbəbdən də ölümün dəqiq səbəbini müəyyənləşdirmək mümkün olmayıb.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən “Qafqazinfo”ya bildirilib ki, hazırda hadisə ilə bağlı AQTA-nın mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb: “Hadisənin qida zəhərlənməsi olub-olmaması və baş vermə səbəbləri ilə bağlı aidiyyəti qurumların əməkdaşları ilə birlikdə araşdırmalar aparılır. Araşdırmanın nəticələri ilə bağlı ətraflı məlumat təqdim olunacaq”.

***09:30
Biləsuvarda qadın qarpızdan zəhərlənərək ölüb.

Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə iyulun 10-da rayonun İsmətli kəndində baş verib.

27 yaşlı Cəmilə Əlizadə qarpız yedikdən sonra zəhərlənib və gecə saatlarında vəfat edib. Hazırda onun meyiti daxili müayinə olunması üçün ekspertizaya göndərilib.

Araşdırma aparılır.

Həyat yoldaşı hərbçi olan C.Əlizadənin başqa rayondan ora gəlin köçdüyü bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top