Nyu-Yorkda uçan taksilər istifadəyə veriləcək


“Uber” şirkəti Nyu-Yorkda sərnişinləri aeroporta çatdıracaq uçan taksi xidmətini istifadəyə verəcək.
 
Yeniavaz.com “ICTnews”a istinadən xəbər verir ki, “Uber Copter” vertolyot servisindən iş günləri pik saatlarda istifadə mümkün olacaq. Bütün şəhər tıxacda dayanan zaman “Uber” sərnişinləri Con Kennedi adına Beynəlxalq Aeroporta bir neçə dəqiqəyə yetişə biləcəklər. Gediş haqqı 200 dollar təşkil edəcək. Vertolyot göyərtəsinə əl yükü götürməyə icazə veriləcək.
 
Gələcəkdə “Uber” vertolyotları uçan avtomobillərlə əvəzləməyi planlaşdırır. Onların sərnişindaşımanı daha tez və təhlükəsiz edəcəyi bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top