İran: "ABŞ raketlərimizin atış məsafəsi daxilindədir"


İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Xossein Nejad, ABŞ-ın Fars körfəzindəki bazalarının və təyyarədaşıyan gəmilərinin İran roketlərinin atış məsafəsinə daxil olduğunu bildirib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın İrana yeni sanksiyalar tətbiq edəcəyi haqqında bir çox mənbədən məlumatların yayılmasına baxmayaraq, rəsmi Tehran ABŞ-ı qəzəbləndirəcək növbəti addımı atıb.
Ölkənin "Tasnim" xəbər agentliyində yayımlanan xəbərə əsasən Nejad Amerikanı hədələyib: "ABŞ bazaları raketlərimizin atış məsafəsi daxilindədir. Əgər xətaya yol versələr roketlərimiz təyyarədaşıyan gəmilərini məhv edər. Amerikalılar İranla hərbi münaqişənin nəticələrini artıq görə bilirlər".
Qeyd edək ki, son həftələrdə ABŞ və İran arasındakı əlaqələr xeyli kəskinləşib. Buna səbəb isə ABŞ-ın nüvə müqaviləsini pozması və yenidən İrana sanksiyalar tətbiq etməsidir.

DİGƏR XƏBƏRLƏR

Top