İsmayıllıda güclü leysan: turistlər yolda qaldı - VİDEO

İsmayıllı rayonuna güclü leysan yağıb.

Yeniavaz.com Oxu.Az-a istinadən xəbər verir ki, təbiət hadisəsi bir sıra fəsadlar törədib. Evlərə, ağaclara, elektrik xətlərinə ciddi ziyan dəyib.

Sel suları rayona turistləri gətirən avtobusun da hərəkətinə mane olub. Avtobusda qalanlar digər avtomobillər vasitəsilə ərazidən aparılıb.

Hazırda rayonda yağıntılı hava davam edir.

 

 

DİGƏR XƏBƏRLƏR

Top