Polşa Azərbaycana yeni səfir təyin edib


Polşa Azərbaycana yeni səfir təyin edib.

Bu barədə Polşanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin "Twitter" sosial şəbəkəsindəki səhifəsində yaydığı məlumata görə, Polşanın xarici işlər naziri Yaçek Çaputoviç ölkə prezidenti adından yeni səfirlərə namizədlik verib.

Bildirilir ki, Rafal Poborski ölkənin Azərbaycandakı səfiri təyin edilib. Qeyd edək ki, Rafal Poborski əvvəllər Polşa Xarici İşlər Nazirliyinin Şərq Departamenti rəhbərin müavini, habelə digər vəzifələrdə çalışıb.

Digər təyinat isə NATO ilə bağlıdır. Belə ki, Tomaş Şatkovski ölkənin Brüsseldəki daimi nümayəndəsi təyin olunub.  //Report

DİGƏR XƏBƏRLƏR

Top