ABŞ-dan Türkiyəyə S-400-lərlə bağlı daha bir xəbərdarlıq

ABŞ Türkiyənin Rusiyadan "S-400" zenit-raket komplekslərinin almasına qarşıdır. Vaşinqton "S-400" zenit-raket komplekslərinin əldə olunması "ciddi mənfi nəticələrinin olacağı" barədə xəbərdarlıq edir.

Bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Morqan Ortaqus bildirib.

"Bizim S-400 ilə bağlı mövqeyimiz dəyişməyib" -, o, brifinqdə deyib.

Rəsmi nümayəndənin sözlərinə görə, Türkiyə Rusiyadan S-400 komplekslərini aldığı təqdirdə mənfi nəticələrlə üzləşəcək: "Bu nəticələr "F-35" qırıcı təyyarələrinin proqramında iştiraki ilə bağlıdır".//Trend

DİGƏR XƏBƏRLƏR

Top