Goranboyda qayınata gəlinini öldürdü - SƏBƏBİ BİLİNDİ - YENİLƏNİB


Goranboyda bir uşaq anası qayınatası tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisəni törədən 1943-cü il təvəllüdlü Qasım İlyas oğlu İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. O, ifadəsində hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

Qeyd edək ki, S.Məmmədovanın bir qız uşağı var.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***19:17

Goranboy rayonunda 39 yaşlı qadın öldürülüb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, hadisə rayonun Hacırəhmədli kəndində qeydə alınıb. 

Belə ki, 1980-ci il təvəllüdlü Samirə Alim qızı Məmmədova qayınatası tərəfindən qətlə yetirilib. 

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top