AKP-dən Babacanın istefası haqqında: "Bəzilərinin çox həvəsləndiyini görürük"


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Numan Kurtulmuş partiyanın qurucularından olan Əli Babacanın AKP-dən istefa verərək ayrılmasına münasibət bildirib.
Yeniavaz.com xəbər verir ki, "CNN Türk" telekanalında Türkiyə gündəminə aid sualları cavablandıran N.Kurtulmuş Ə.Babacanın ayrılığını dəyərləndirərkən bildirib ki, bu A.Babacanın qərarıdı: "Hörmət edirik. Onun AKP üzvülüyündən çıxmasının partiyaya heç bir ziyanı yoxdur. İstənilən şəxs, partiya qura bilər. İstanbul bələdiyə seçkilərinin nəticələrindən sonra, bəzilərinin daha çox həvəsləndiyini və daha çox cəsarətləndiyini görürük. Bu vəziyyətdən yararlanaraq, bizdən nələrisə alıb, qarşı tərəfə verə bilərəm deyə fikirləşənlər ola bilər. Qısacası hər kəs diqqətli olmalıdır. Yəni insanlar təbii olaraq fikirlərini deyəcək, istəyən istədiyi siyasi partiyanı quracaq, istədiyi siyasi mübarizə içərisində olacaq. Tayyib Ərdoğan və AKP-yə qarşı olan cəbhəyə, kiminsə o cəbhənin dəyirmanına su tökməməsi lazımdır. Hər kəsin bu mənada hərəkətlərinə diqqət etməli olduğunu düşünürəm".
Qeyd edək ki, Ə. Babacan ötən gün AKP üzvlüyündən istefa verib. AKP-nin qurucularından olan Ə. Babacanın Türkiyənin sabiq prezidenti Abdulla Güllə birlikdə siyasi partiya təsis edəcəyi iddia olunur.

DİGƏR XƏBƏRLƏR

Top