Bakı aeroportunda QƏRİBƏ QƏZA - Yük maşını hava limanı binasına dəydi - FOTOLAR


Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yol-nəqliyyat qəzası baş verib.

Yeniavaz.com-un Trendə istinadla məlumatına görə, baş vermiş yol-nəqliyyat qəzası nəticəsində sərnişin terminalının binasının konstruksiyasına ziyan dəyib.

İnsident zamanı 90-JU-147 qeydiyyat nişanlı yük maşını manevr zamanı Terminal 2-nin şüşə konstruksiyasına toxunub. Hadisə yerinə yol patrul xidməti dəstəsi çağırılıb, sürücüyə inzibati xəta haqqında protokol tərtib edilib.

Hazırda binaya vurulan ziyanın dəyəri qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top