Qırğızıstanda Konstitusiyanın orijinal variantını itiriblər

Qırğızıstan parlamenti bu gün ikinci oxunuşda ölkə konstitusiyasının dəyişdirilməsi üzrə referendum keçirilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlayıb.

İclas zamanı deputatlar Ali qanunun orijinal variantının olmadığını bildirib.

Qanun layihəsinin müzakirəsi zamanı "Ata-Meken" Sosialist Partiyası fraksiyasından olan deputatlar dövlət orqanlarının nümayəndələrinə orijinal Konstitusiyanın nümayiş etdirilməsiylə bağlı müraciət edib. Ancaq məlum olub ki, Ədliyyə Nazirliyi və Prezident Aparatında yalnız sənədin nüsxələri var.

"Dəyişikliklər etməzdən əvvəl orijinal variantı tapmaq lazımdır. Əks halda, nəyə dəyişiklik edəcəyik?!", - deyə respublikanın keçmiş prokuroru, deputat Aida Salyanova bildirib.

Sosialistlər, həmçinin orijinal Konstitusiyanın axtarışı üçün xüsusi komissiyanın yaradılmasını istəyib.

Report

DİGƏR XƏBƏRLƏR

Top