8 nəfərin öldüyü ağır qəza ilə bağlı cinayət işi başlanılıb


Masallı rayonunda 8 nəfərin ölümünə səbəb olan ağır yol qəsası ilə əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Yeniavaz.com Report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

O əlavə edib ki, bu gün səhəe saat 7 radələrində "Mercedes" markalı 99-LH-458 dövlət nömrə nişanlı mirkoavtobusla Astara istiqamətində hərəkətdə olarkən eyni istiqmətdə hərəkətdə olan "KamAZ" markalı 10-MG-329 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

"Ələt-Astara yolunun 135-ci kilometrliyində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 8 nəfər dünyasını dəyişib, 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı müvafiq istintaq hərəkətləri davam edir"- deyə R.Quliyev bildirib.

DİGƏR XƏBƏRLƏR

Top