Neymar düşərgəyə qayıtmadı, klub bəyanat yaydı


Fransa PSJ-sinin futbolçusu Neymar klubun düşərgəsinə təyin olunmuş vaxtda qayıtmayıb.
Paris təmsilçisinin bu gündən başlanan mövsümöncəsi hazırlıq prosesinə braziliyalı hücumçu qatılmayıb. Klub yaydığı açıqlamada Neymara qarşı müvafiq tədbir görəcəklərini bəyan edib.
Qeyd edək ki, Neymarın PSJ-ni tərk etməkdə israrlı olduğu bildirilir. Onu İspaniya "Barselona"sı geri qaytarmaq niyyətindədir.//Report

DİGƏR XƏBƏRLƏR

Top