Bakıda residivist bir qadına hücum edib - SIRĞAYA GÖRƏ

Bakıda qadına hucum olub.

Yeniavaz.com Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 31-in qarşısında baş verib.

Qubadova Arzu Kərimqızı yaşadığı ünvanın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Qadına hücum edən naməlum şəxs dəyəri 340 manat olan sırğanı qulağından qopararaq qaçıb.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş (residivist) Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Musayev Sadiq Ramiz oğlu olduğu müəyyən edilib və o, tutularaq Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.

DİGƏR XƏBƏRLƏR

Top