Gömrükdən büdcəyə daxil olan vəsait azalıb - MƏBLƏĞ


Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 331 milyon 663,5 min manat həcmində vergi və rüsumlar daxil olub.
Yeniavaz.com Komitənin açıqladığı göstəricilərə istinadən bildirir ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 0,6% çox olub, may ayı ilə müqayisədə isə 2,9% azalıb.
İyun ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi 80 milyon 19,1 min manat təşkil edib ki, bu göstərici ilin əvvəli ilə müqayisədə 4,6% artıb və may ayına nisbətən 10,2% azalıb. Ay ərzində dövlət büdcəsinə 227 milyon 727,6 min manat ƏDV üzrə daxilolma olub. ƏDV üzrə daxilolma ilin əvvəli ilə müqayisədə 2,3%, may ayı ilə müqayisədə isə 0,4% azalıb.
İyunda aksizlər üzrə büdcə daxilolmaları 20 milyon 593,7 min manat olub. İlin əvvəli ilə müqayisədə 22,1%, may ayına nisbətən isə 2,2% artıb.
Yol vergisi üzrə daxilolmalar isə iyun ayında 3 milyon 323,1 min manat olub və bu ilin əvvəlinə nisbətdə 2,1% artıb, may ayı ilə müqayisədə isə 8,3% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top