Zelenski eyni anda 7 ölkə başçısını danışıqlara ÇAĞIRDI


Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putini Belarusun paytaxtı Minskdə görüşə çağırıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Prezident V.Zelenski Rusiya dövlət başçısını Krım və Donbas danışıqları aparmaq üçün görüşə çağırıb. Sosial şəbəkədən V.Putinə müraciət edən V.Zelenski bildirib: “Rusiya dövlət başçısı Putinə səslənmək istəyirəm. Biz danışmalıyıq mı? Bəli danışmalıyıq. Krımın kimə məxsus olduğunu və Donbasda kimlərin olduğunu danışmalıyıq”.
Dövlət başçısı eyni zamanda danışıqların 7 ölkə başçısının iştirakı ilə olmasını təklif edib: “Mən, Siz (V.Putin), ABŞ prezidenti D.Tramp, İngiltərə prezidenti T.Mey, Almaniya dövlət başçısı A.Merkel, Fransa prezidenti E.Makron və Belarus prezidenti A.Lukaşenkanın da bizi məmnuniyyətlə qarşılayacağını düşünürəm”.

DİGƏR XƏBƏRLƏR

Top