
Bir neçə Mingəçevir şəhər sakini Şəhər Polis Şöbəsinə onlara məxsus iribuynuzlu mal-qaranın oğurlanması ilə bağlı şikayət ərizəsi ilə müraciət ediblər. Yeniavaz.com xəbər verir ki, daxil olmuş müraciətlər əsasında PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də məhkum olunmuş 23 yaşlı Vüqar Mustafayev saxlanılıb. Ətrafa aparılan baxış zamanı onun ayrı-ayrı şəxslərə məxsus 3 baş iribuynuzlu mal-qaranı oğurladığı da aşkar olunub. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Esmira Hidayətova,Mingəçevir.