Almaniyanın ən böyük bankı 18 min işçini ixtisara salır


Almaniyanın ən böyük banklarından biri olan “Deutsche Bank” 18 min işçini ixtisara salacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə bankın rəsmi internet saytında məlumat yayılıb. 
Məlumata görə, işçi ixtisarları 2022-ci ilə qədər davam edəcək. Bildirilir ki, bu gün bank artıq Asya bölgəsində olan bəzi filiallarını bağlamağa və işçilərin ixtisarına başlayıb.
Qeyd edək ki, bundan əvvəl “Wall Street Journal” və “Deutsche Bank”ın dünya miqyasında 15 mindən 20 minə qədər işçinin azaldılması ehtimalını nəzərdən keçirdiyi barədə xəbərlər yayılmışdı. Yəni, bankın hər altıncı əməkdaşı işdən azad ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top