Bakıda tələbə polisə xəsarət yetirdi - VİDEO


Bakıda Yol polisi qaydaları kobud şəkildə pozan sürücülərə qarşı reyd keçirib.

Yeniavaz.com Oxu24.com-a istinadən xəbər verir ki, İTV-nin "Qanundan kənar" verilişində yayımlanan kadrlarda avtomobili narkotik vasitələrin təsiri altında idarə etdiyi ehtimal olunan tələbə süni tıxac vasitəsi ilə saxlanılıb. Məlum olub ki, həmin şəxs İqtisad Universitetinin 4-cü kurs tələbəsi Kamran Həsənovdur.Avtomobil saxlanılan zaman onun avtomobilindən energetik içkilər və şiprits aşkarlanıb. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə ona 30 gün müddətinə inzibati qaydada həbs edilib.

Qaydaları pozan şəxslər arasında müğənni Aysel Əlizadə də yer alıb.

Ayselin avtomobilinin 204 manat cəriməsi olduğu bəlli olub. Polis əməkdaşları müğənniyə borcunun məbləğini göstəriblər.

Daha sonra saxlanılan digər sürücünün baxça müdrəsi olması məlum olub. Reyddən geniş videonu təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top