Türkiyədə azot zavodunda partlayış

Türkiyənin Kütahya əyalətində azot zavodunda partlayış baş verib. Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, partlayış nəticəsində göy üzü sarı buludlarla örtülüb. Hadisə yerinə polis qüvvələri, təcili yardım və xilasedicililər cəlb olunub.

Kimyəvi zəhənmə ehtimalı ilə bağlı hadisə yerində olan hər kəsə xüsusi əleyhqaz maskaları paylanılıb. 

Hadisə yerinə gələn Vali Ömer Toraman partlayış zamanı heç kimin xəsarət almadığını bildirib. Vali kimyəvi zəhərlənmə qorxusunun olmadığını, yanğının artıq ram edildiyini əlavə edib.

DİGƏR XƏBƏRLƏR

Top