Kompyuter arxasında işləyənlərin nəzərinə


Əgər sizdə günün böyük hissəsini kompyuter arxasında keçirirsinizsə, aşağıda sadalananlara diqqət edin.

Boyunda başlayıb qola qәdәr uzanan ağrılar xüsusilә gücün itmәsi vә keyimә kimi hallarla irәlilәyәn problem boyun yırtığının әlamәtlәri ola bilәr. Uzun müddәt bir pozisiyada qalmaq boyun yırtığına sәbәb olan bir faktordur.

Xüsusilә uzun müddәt kompyuter arxasında, eyni pozisiyada işlәyәnlәrdә müәyyәn әzәlәlәrdә miofasiel ağrı sindromu aşkarlana bilәr. Bu sindrom adətən bel vә kürәk sümüklәrinin әtrafındaki әzәlәlәrdә ağrılara sәbәb olur. Kompyuterdə çalışırkən ən çox әl vә bilәk işlәdiyinә görә xüsusilә gecә vaxtı әllәrdә keyimәyә sәbәb olan karpal tunel sindromuna әmәlә gәlә bilәr. Uzun müddәt davam edәn bu vәziyyәtdә, sonradan əllərdə gücsüzlük kimi hallar müşahidә olunur.
Dirsәk vә bilәklәrdә fәrqli tendinit cәdvәllәri aşkarlana bilәr. İnsan klaviatura istifadә edәrkәn bilәklәrini hәddindәn çox yuxarıda tutması (ergonomi qaydalarına uyğun olmayan) nәticәsindә әl vә bilәk nayihәsindә ağrılar әmәlә gәlir. Tendinit müalicә olunmasa davamlı ağrılarla bәrabәr әmәk qabiliyyәtini mәhdudlaşdıra bilәr. (tibb-dunyasi.com)

DİGƏR XƏBƏRLƏR

Top