Ötən gün Quba rayonunda avtomobillə velosipedçini vurub öldürən sürücü saxlanılıb.
Yeniavaz.com publika.az xəbər verir ki, iyulun 6-da Hacıhüseyli kəndi ərazisində velosipedlə hərəkətdə olan Əliməmmədoba kənd sakini, 2001-ci il təvəllüdlü Babayev Murad Azad oğlunu vurub ööldürən avtomobil müəyyənləşib. Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən “VAZ 2106” MARKALI, 27 BU 710 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılaraq məsuliyyətə cəlb edilib.
Faktla bağlı Quba rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.