ABŞ-da ticarət mərkəzində güclü partlayış: 20 yaralı - VİDEO


ABŞ-ın Florida ştatının cənubunda, Planteysn şəhərində qaz partlayışı nəticəsində azı 20 nəfər yaralanıb

Yerli WPLG telekanalı partlayış barədə yanğın xidmətinin başçısı Coel Qordona istinadla məlumat yayıb. İki nəfərin ciddi xəsarət aldığı bildirilir.

KİV-in məlumatına görə, partlayış Fountains ticarət mərkəzinin yaxınlığında baş verib. Hadisə yerinin ətrafında yerləşən bütün mağaza və ofislər hökumət orqanlarının növbəti bildirişinə qədər bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top