Gürcüstanda etirazçılar daxili işlər nazirinin istefasını tələb etdilər


Gürcüstanda 17-ci gündür etiraz aksiyaları davam edir.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, Parlament binası qarşısına toplaşan etirazçılar Daxili İşlər naziri Giorgi Qaxarianın istefasını və 20-21 iyun tarixlərində baş verən hadisələrə görə məsuliyyəti onun öz üzərinə götürməsini tələb ediblər. Mitinqə "Vahid Milli Hərəkat" partiyasının üzvləri də qoşulub.

Hazırda Tbilisinin Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top