Professor: “Qohum evliliklərindən qüsurlu körpələr doğulur”


"Qohum evliliklərinin ölkəmizdə hələ də qalması öz növbəsində qüsurlu körpələrin dünyaya gəlməsinə səbəb olmaqda, ana və uşaq sağlamlığında risk faktoruna çevrilməkdədir".

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, bunu Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) rektoru, professor Nazim Qasımov deyib.

Onun sözlərinə görə, bu, bir sıra xəstəliklərə məhz bu kimi halların mövcudluğu səbəbindən tez-tez rast gəlinir: "İrsi qan xəstəlikləri ilə mübarizə də Azərbaycan səhiyyəsi üçün vacib prioritetlərdən biridir. Hər il onlarla uşaq bu xəstəliyin daşıyıcısı kimi dünyaya gəlir. Ana və uşaqların sağlamlığının qorunması istiqamətində dövlət səviyyəsində geniş addımlar atılmaqdadır. Bu məqsədlə ölkədə irimiqyaslı layihələr həyata keçirilir".

DİGƏR XƏBƏRLƏR

Top