Azərbaycanlı müğənni qəzaya düşdü


Müğənni Nicat Rəhimov avtomobil qəzası keçirib.

Yeniavaz.com axşam.az-a istinadən xəbər verir ki, sənətçinin maşını yan tərəfdən bərk əzilib. Günah isə qarşı tərəfdə olub.

Nicat özü ciddi xəsarət almayıb.

Qeyd edək ki, N.Rəhimov tamaşaçılara "Yeni ulduz" yarışmasından və "Şeron" qrupundan tanışdır. Hazırda isə sənətçi solo fəaliyyət göstərir.

DİGƏR XƏBƏRLƏR

Top