Azərbaycanın bu rayonlarında banklar 5 aydır heç kimə kredit vermir - RƏSMİ


Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə Azərbaycanda banklar tərəfindən ümumilikdə 12 milyard 861 milyon 406 min manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, Azərbaycanın bütün bölgələrində banklar tərəfindən kreditlər verilsə də bu ilin əvvəlindən ötən 5 ay ərzində Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan - Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonlarında fəaliyyət göstərən banklar tərəfindən kredit verilməyib.
Məlumat üçün bildirək ki, bu ilin əvvəlinə olan məlumata görə Kəlbəcər, Laçın, Zəngilan və Qubadlı rayonları üzrə 286,5 min manat kredit verilib. Lakin, ayı ərzində verilən kreditlər geri qaytarılıb və daha sonra heç kimə kredit verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top