ABŞ-da vətəndaşlar cərimələnmək üçün sıraya girdi - FOTO


ABŞ-da polis məmurları Vayt və Vilsonun yolların təhlükəsizliyi ilə bağlı çəkdikləri video maraqla qarşılanıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ABŞ ın Tennessee əyalətində polis təşkilatı yolların təhlükəsizliyi ilə bağlı iki dəqiqəlik video yayımlayıb. Orada yeni yol qanunları və cərimələrdən danışılsa da, videodakı yaraşıqlı polis məmuru vətəndaşların diqqətini daha çox çəkib. Videonu izləyənlər hündürboy, sarışın polisə sevgi mesajları göndəriblər. Onlardan bəziləri, polis məmuru Vayt cərimələyəcəksə qaydaları mütləq pozacaqlarını vəd ediblər. Digər bir vətəndaş isə yeni qanunları Vaytla daha səmimi yerdə müzakirə etmək istədiyini bildirib. Yaraşıqlı polis məmuru isə hələlik deyilənlərə cavab verməyib.

DİGƏR XƏBƏRLƏR

Top