Bakıya turist kimi gələn İraq vətəndaşı ölüb.
Yeniavaz.com "Report"a istinadən xəbər verir ki, Nəsimi rayonu, M.Araz küçəsində yerləşən "Ramada" otelində qalan 1963-cü il təvəllüdlü Heydər Abdulhüseyn özünü pis hiss etdiyindən xəstəxanaya aparılıb və orada vəfat edib.
İlkin araşdırma zamanı turistin mədə-bağırsaq qanaxmasından öldüyü məlum olub.
Faktla bağlı araşdırma aparılır.