Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb


Bakı şəhəri, Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 2 nəfər dənizə düşüb.

Yeniavaz.com xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Dənizkənarı Milli Park ərazisində 2 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top