Nursultan Nazarbayevin nəvəsi kokain bağımlısı çıxdı


Xəbər verdiyimiz kimi Böyük Britaniyanın paytaxtı London şəhərinin Sauzuork rayonunda Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin nəvəsi Aysultan Nazarbayevlə bağlı məhkəmənın hazırlıq iclası keçirilib.

28 yaşlı Aysultan polisə qarşı müqavimətdə, hətta onlardan birini dişləməklə yaralamaqda ittiham olunur.

BBC-nin verdiyi xəbərə görə isə prezidentn nəvəsinin hadisəni törədən vaxt narkotik maddənin təsiri altında olduğu ortaya çıxıb.

Qeyd olunur ki, Aysultan Nazarbayev hazırda Senatın sədri vəzifəsini icra edən Dariqa Nazarbayevanın və prezidentin mərhum kürəkəni Rahat Əliyevin oğludur. O, Kral həbi akademiyasının məzunu olub.

Məhkəmə zamanı kiçik Nazarbayev şəffaf şüşə arxasında, xüsusi otaqda oturub və iclası sakitliklə izləyib. Ona hər hansı sual da verilməyib.
Dövlət ittihamçısı Qreqor Makkinli A.Nazarbayevin bu il iyun ayının 3-də aldığı kokainin təsiri ilə Londonun otellərinin birində ucadan qışqıraraq özünü balkondan atmaqla hər kəsi təhdid etdiyini deyib. Prokurorun sözlərinə görə, eyni hadisə 2 gün sonra da təkrarlandığından qonşular polis çağırmalı olublar. Burada o, yenə də kokain qəbul etməsinin nəticəsində özünü çox aqressiv aparıb və hətta polis konstebli Ross Sambrukun sinəsindən vurub və üstəlik onun sol əlini dişləyib. Polis yalnız elektroşokdan istifadə etməklə Aysulatını sakitləşdirə və həbs edə bilib.

Nəvə Nazarbayevin vəkili onun 90 min funt qarşılığında azadlığa buraxılmasını xahiş edib. Vəkil müvəkkilinin polis nəzarəti altnda öz mənzilində qalmasını istəyib. Bundan başqa, müdafiə tərəfi A.Nazarbayevin narkotik asılılığının olduğunu etiraf edərək, onun müalicəsi üçün klinika axtardıqlarını çıxışına əlavə edib.

Hakim Filip Barbel vəkilin sözləri ilə razılaşaraq onu göstərilən məbləğ müqabilində sərbəst buraxmağa razı olduğunu söyləyib. Lakin o, bunun üçün təqsirlənidlirlən şəxsin hansısa klinikalardan birində, ən yaxşısı isə Emi Uaynhaus, Robbi Uilyams kimi musiqiçilərin, ingilislərin futbol əfsanəsi Corc Bestin və aktyor Conni Deppin müalicə aldığı Priory xəstəxanasında reabilitasiya görməsi şərtini qoyub.

Hakim əks təqdirdə ona həbs cəzası verəcəyini söyləyib.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top