Sabah Sumqayıtın bu yerlərində qaz olmayacaq - SİYAHI

Sumqayıtda  “Şəhər 1” orta təzyiqli yeraltı qaz kəmərində sızma baş verib.

Sumqayıt  Qaz  İstismarı Sahəsindən verilən məlumata görə, yaranan problemin aradan qaldırılması məqsədilə  iyulun  5-də saat 10:00-dan  saat 17:00-dək  şəhərin 1, 2, 3,4, 5, 6, 7, 8-12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 36, 45-ci məhəllələrin, 1, 5, 6-cı mikrorayonların, “Betonzavod” yaşayış massivinin və “İnşaatçılar” qəsəbəsinin qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək./APA

DİGƏR XƏBƏRLƏR

Top