Ötən gün İrəvanda öldürülən "qanuni oğru" Andranik Harutyunyanın güllələndiyi anın videosu yayılıb.
Yeniavaz.com xəbər verir ki, videoda Andranik Harutyunyan bir neçə nəfərlə oturduğu və nərd oynadıqları görülür. Daha sonra naməlum şəxs onlara yaxınlaşaraq atəş açmağa başlayır.
Bildirilir ki, "Ando Xromoy" ləqəbli "qanuni oğru"nun öldürülməsinin sifarişini başqa bir "qanuni oğru" Andarnik Soqoyan verib.
Onu da qeyd edək ki, "Zap" ləqəbli Andarnik Soqoyanın adı əvvəllər də müxtəlif qətillərdə hallanıb. Hətta 2007-ci ildə Məhəmməd Əliyev adlı azərbaycanlıya erməni sahibkarı öldürməyi sifariş edib.