Azərbaycana gələn turistlər əslində kimlərdi? - Qəribə STATİSTİKA


Bu ilin ilk 3 ayı ərzində turizm məqsədiə Azərbaycana 552 min 902 nəfər əcnəbi səfər edib. Ölkəyə gələn turistlərin 40%-i və ya 220 min 905 nəfəri otel və otel tipli yerlərdə qalıb.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, turizm məqsədilə Azərbaycana gələnlərin yarıdan çoxu otellərdə qalmayıb.
Otellərdə qalmayan turistlərin böyük əksəriyyəti əsasən keçmiş post-sovet ölkələrindən və qonşu ölkələrdən gələnlər olub.
Açıqlanan rəsmi məlumatdan belə görünür ki, Azərbaycana gələn xarici ölkə vətəndaşlarının böyük əksəriyyəti 4 ölkədən - Rusiya, Gürcüstan, İran və Türkiyədən təşrif gətirir. Bu ilin ilk 3 ayında Azərbaycana gələn turistlərin 75%-i və ya 413 min nəfəri adları qeyd olunan 4 ölkədən gəlib. 
Maraqlıdır ki, bu ölkələrdən gələn 413 min nəfərin yalnız 14%-i və ya 57 min nəfəri otellərdə qalıb. Məsələn, bu ilin ilk 3 ayında qonşu Gürcüstandan Azərbaycana gələn 146 min 168 nəfər turistin cəmi 1,6%-i və ya 2 min 419 nəfəri otellərə yerləşdirilib. 
Digər ölkələrdən gələn turistlər arasında bu cür mənzərə qeydə alınmayıb. Tam əksinə otellərdə qalanların sayı ölkəyə gələn turistlərin sayından çox olub. Məsələn, bu ilin ilk 3 ayında Birləşmiş Ərəb Əmirliklərindən ölkəyə 20 min 581 nəfərin gəldiyi bildirilir. Halbuki ilk 3 ay ərzində otellərdə 32 min 494 nəfər Birləşmiş Ərəb Əmirlikləri vətəndaşının qaldığı qeyd olunub.
Bu cür qəribə statistikanın necə ortaya çıxdığı barədə rəsmi açıqlama verilmir. Eyni zamanda Azərbaycana gələn xarici ölkə vətəndaşlarının milli mənsubiyyəti də açıqlanmır. Yalnız ehtimal etmək olur ki, belə bir mənzərənin yaranmasının əsas səbəbi Rusiya, Gürcüstan, İran və Türkiyədən Azərbaycana gələn turistlərin əslində həmin ölkələrin vətəndaşı olan azərbaycanlılardan ibarət olmasıdır. Bu şəxslər daha çox qohumlarının evlərində yaşayıralar. Bu həm də o deməkdir ki, ölkəyə gələnlərin əksəriyyətini xarici ölkə vətəndaşı olan soydaşlarımız təşkil edir.
Bu ilin ilk 3 ayında Azərbaycana gələn turistlər və otellərdə qalanların bəzi ölkələr üzrə göstəriciləri aşağıdakı kimi olub:
 
Ölkələr Turistlərin
sayı
Otellərdə
qalanlar
Yaponiya 686 nəfər 657 nəfər
ABŞ 2 min 920 nəfər 5 min 31 nəfər
Küveyt 6 min 200 nəfər 8 min 796 nəfər
Qətər 2 min 111 nəfər 4 min 939 nəfər
B.Ərəb Əmirlikləri 20 min 581 nəfər 32 min 494 nəfər
Oman 4 min 311 nəfər 2 min 601 nəfər
Fransa 1 366 nəfər 1 783 nəfər
İtaliya 1 928 nəfər 3 min 241 nəfər
B. Britaniya 5 min 487 nəfər 8 min 372 nəfər
S. Ərəbistanı - 11 min 709  nəfər
Almaniya 2 min 566 nəfər 2 min 423 nəfər
İsrail 3 min 310 nəfər 4 min 772 nəfər
Hindistan 9 min 698 nəfər 11 min 276 nəfər
Gürcüstan 146  min 168 nəfər 2  min 419 nəfər
Rusiya 148 min 920 nəfər 24 min 265 nəfər
Türkiyə 62 min 152 nəfər 15 min 849 nəfər
İran 55 min 765 nəfər 14 min 534 nəfər
Ukrayna 10 min 182 nəfər 2 min 875 nəfər
Qazaxıstan 7 min 168 nəfər 2 min 789 nəfər
Türkmənistan 7 min 235 nəfər 1 min 85 nəfər
                                              mənbə:  Dövlət Statistika Komitəsi

DİGƏR XƏBƏRLƏR

Top