BƏƏ-də üçgünlük milli matəm elan edilib - Şahzadəyə görə

Şarja əmirinin oğlu şeyx Xalid bin Sultan Əl-Qasiminin ölümü ilə bağlı BƏƏ-də üçgünlük milli matəm elan edilib.

Şarja əmirinin işləri üzrə idarə bildirib ki, şeyx Xalid Əl-Qasimi iyulun 1-i Böyük Britaniyada dünyasını dəyişib.

Onun ölüm səbəbləri açıqlanmır.

39 yaşlı Xalid bin Sultan Əl-Qasimi Şarja əmiri şeyx Sultan bin Məhəmməd Əl-Qasiminin üçüncü oğlu idi.

Şahzadə Böyük Britaniyada yaşayırdı və "Qasimi" adlı şəhər geyim brendinin yaradıcısı idi.//sputnik.az

DİGƏR XƏBƏRLƏR

Top