Putin Avropanı qorxuya salan addımı atdı - XƏBƏRDARLIQ ETMİŞDİ


ABŞ-ın Orta Məsafəli Nüvə Silahları Müqaviləsindən (INF) imtina etməsindən sonra Rusiya Prezidenti Vladimir Putin də buna qarşılıq verib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, rəsmi Vaşinqton və NATO-nun etirazlarına baxmayaraq Rusiya prezidenti V. Putin 1987-ci ildə bağlanmış müqaviləni rəsmi şəkildə dondurub. O, ABŞ-ın müqaviləni birtərəfli ləğv etməsindən sonra rəsmi Vaşinqtona bu barədə xəbərdarlıq etmişdi.
Qeyd edək ki, ABŞ-la SSRİ arasında 1987-ci ildə bağlanan müqaviləyə əsasən 500 ilə 5 min 500 kilometr məsafəni vurabilən və nüvə başlığı daşıyan roketlərin Avropada yerləşdirilməsi qadağan edilmişdi.

DİGƏR XƏBƏRLƏR

Top