“Çukur”, “Söz”, “Sen anlat Karadeniz” və “Hercai”nin qəhrəmanları hərbi xidmətdə - FOTOLAR


Türkiyədə ödənişli hərbi xidmətə getmək üçün müraciət edənlərin içərisində ölkənin məşhur simaları da var.

Yeniavaz.com xəbər verir ki, ölkəmizdə də maraqla izlənən “Çukur” serialında Yamaç Koçovalı obrazını canlandırın aktyor Aras Bulut, “Sen anlat Karadeniz”in Deli Tahiri aktyor Ulaş Tuna Aslantepe, “Söz” serialında Yavuz komutan obrazına həyat verən Tolqa Sarıtaş və həmin serialın Mücahiti Görkem Sevindik, “Hercai” serialında tamaşaçıların sevimlisi olan Miran obrazını canlandıran Akın Akınözü də ödənişli hərbi xidmət edən əsgərlərin siyahısındadır. Bundan əlavə “Çukur” dizisində polis Emrah xarakteri ilə diqqətləri üzərinə çəkən və son olaraq “Çarpışma” serialının Kərəmi Alperen Duymaz, “İstanbullu Gelin” serialında Osman obrazını canlandıran Güven Murat Akpınar, bir neçə məşhur seriallarda rol almış aktyor Burak Deniz və müğənni Manuş Baba da ödənişli hərbi xidmət edən məşhurlardandır.







DİGƏR XƏBƏRLƏR

Top