Bakı Nəqliyyat Agentliyi işıqforlara görə sürücülərə müraciət etdi

Elektrik təchizatının kəsilməsi ilə əlaqədar olaraq hazırda paytaxtın Təbriz küçəsinin Ağa Nemətulla, Əhməd Rəcəbli küçələri ilə, Əhməd Rəcəbli küçəsinin F.Xoyski küçəsi ilə, F.Xoyski küçəsinin isə Ağa Nemətulla küçəsi ilə kəsişməsində işıqforlar işləmir.

Yeniavaz.com “Report”a istinadla xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, sürücülərdən işıqforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top