Ramana körpüsündə qəza - Sürət endirildi


Bakının Ramana körpüsü üzərində yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Yeniavaz.com-a verilən məlumata görə, bu səbəbdən qəza yerinə yaxın yolda bir hərəkət zolağı bağlanıb. Sürət həddi 20 km/saat endirilib.

Qəza səbəbindən qeyd edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunub. Qısa vaxt ərzində qəzanın nəticələri aradan qaldırılıb və normal hərəkət bərpa edilib.

DİGƏR XƏBƏRLƏR

Top