
Rusiya prezidenti Vladimir Putin  Barens dənizində Atom sualtı qayıqda baş verən yanğın hadisəsi  ilə bağlı müdafiə naziri Sergey Şoyqu iə görüşüb.
Ölkə başçısı müdafiə nazirinə hadisə yerinə getməyi və hadisənin təfərrüatları barədə ətraflı məlumat verməyi tapşırıb.
Rusiya prezidenti sualtı qayıqda həlak olan 14 nəfərin yaxınlarına başsağlığı verib. O, baş vermiş hadisəni böyük itki adlandırıb: "Həlak olanlardan 7 nəfəri birinci dərəcəli kapitan, iki nəfəri isə Rusiyanın qəhramanıdır".
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Hərbi Dəniz Filotilyasına daxil olan elmi-tədqiqat gəmisində yanğın nəticəsində 14 nəfər həlak olub.APA
                    
                    Tətbiqimizi yükləyə bilərsiniz