Ramil Şeydayev Moskva klubu ilə müqavilə bağladı


Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev Rusiyanın “Dinamo” klubuna keçib.

Moskva təmsilçisi 23 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalayıb.

Şeydayev ötən mövsümü Rusiyanın “Krılya Sovetov” klubunda keçirib. Müqaviləsinin müddəti bitdiyi üçün Samara təmsilçisindən ayrılan forvard Premyer Liqada 18 oyunda 4 qol vurub.

Qeyd edək ki, “Dinamo” son mövsümdə 33 xalla 12-ci yeri tutub.(report)

DİGƏR XƏBƏRLƏR

Top