Sərnişin təyyarəsindəki cəsəd evin baxçasına düşüb


Nayrobi-London təyyarəsinin təkər yerlərində ölkədən qaçaq olaraq çıxmaq istəyən sərnişin dünyasını dəyişib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, Nayrobi-London istiqamətində uçan Boinq 787-8 tipli sərnişin təyyarəsindən İngiltərədəki bir evin baxçasına cəsəd düşüb. Dəhşətli anları görən ev sahibi polisə xəbər verib. Araşdırma zamanı məlum olub ki, bəhs edilən şəxs təyyarənin təkər yerlərində ölkədən qeyri-qanuni şəkildə çıxmaq istəyib. Ancaq 8 saat 50 dəqiqə uçuşa tab gətirməyən şəxs dünyasını dəyişərək yüksəklikdən bir evin baxçasına düşüb.
Qeyd edək ki, polis, həmin təyyarənin təkər yerlərində su və yemək də tapıb.

DİGƏR XƏBƏRLƏR

Top